“Kristal Pelas” Danimarka millisinin üzvü ilə gücləndi

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan Yoahim Anderseni transfer edib.

Danimarka millisinin də üzvü olan futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Mərkəz müdafiəçisi olan Yoahim Andersen Niderlandın “Tvente” klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. 2017-2019-cu illər aralığında “Sampdoriya”da legioner həyatı yaşayan futbolçu, 2019-cu ildən “Olimpik”də çıxış edirdi. 25 yaşlı müdafiəçi ötən mövsüm İngiltərənin “Fulhem” komandasında icarədə oynayıb. O, 2019-cu ildən dəvət aldığı Danimarka yığmasında 8 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: