Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də, şənbə günü start veriləcək.
Azərbaycan Premyer Liqası
1-ci tur
14 avqust
18:30. “Sabah” – “Səbail”
Masazır. “Bank Respublika Arena”.
20:30. “Keşlə” – “Sumqayıt”
Bakı. “ASK Arena”.
15 avqust
18:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu.
20:00. “Neftçi” – “Qəbələ”
Bakı. “Bakcell Arena”.


