Tokio-2020 Yay Olimpiya Oyunlarında gimnastika üzrə yarışlar davam edir. Arena.az xəbər verir ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova da bu gün Olimpiadada qüvvəsini sınayıb.
20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib. O, birinci cəhdində 23.400 xala layiq görülüb.
Azərbaycanın bədii gimnastı halqa ilə hərəkətlərdə 23.000 xal qazanıb.
Zöhrə lentlə hərəkətlərdə hakimlərdən 19.900 xal ala bilib.
Son olaraq gürzlə hərəkətlərdə bacarığını nümayiş etdirən gimnastımız, hakimlərdən 21.500 xal alıb.
Ağamirova 4 hərəkətin cəmində 87.800 xal toplaya bilib. Nəticədə Azərbaycan bədii gimnastı Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub. İlk “10-luğ”a düşə bilməyən Zöhrə, finaldan kənarda qalıb.
Qeyd edək ki, final mərhələsi avqustun 7-də baş tutacaq.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


