Tokio-2020: Azərbaycan millisi finala çıxa bilmədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında gimnastika üzrə yarışlar davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası da Olimpiadada qüvvəsini sınayıb.

Tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət “5-lik” əvvəlcə 5 topla çıxış edib. Hakimlər onların çıxışını 36.700 balla qiymətləndiriblər. Azərbaycan komandası bu mübarizəni 14 ölkə arasında 10-cu yerdə başa vurub.

Daha sonra komandamız 3 halqa və 2 cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər bu dəfə onların çıxışını 37.650 balla qiymətləndiriblər.

Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74.350 xalla 14 ölkə arasında 10-cu yeri tutub və ilk “8-liy”ə düşmədiyi üçün finala yüksələ bilməyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: