Xose Mariya Ximenes daha 4 il “Atletiko”da!

İspaniyanın “Atletiko” klubu futbolçusu Xose Mariya Ximenes ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Xose Mariya Ximenes 2013-cü ildən “Atletiko”da çıxış edir. Peşəkar karyerasına “Danubio”da başlamış futbolçu, Uruqvay millisinin də üzvüdür. 26 yaşlı müdafiəçi, Madrid təmsilçisinin heyətində 216 oyunda 9 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: