“Zirə” daha 3 gənc futbolçunu heyətinə qatıb. Arena.az xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.
Bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.
“Zirə” daha öncə Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov, Velves Damatsena, Anar Nəzirov, Rauf Hüseynli, Məhəmməd Hamdaui və Georgi Stoilovu da heyətinə qatmışdı.


