Omari Hatçinson “Milan”a, Santyaqo Ximenes “Portu”ya keçdi

İngiltərənin “Nottingem Forest” klubunun yarımmüdafiəçisi Omari Hatçinson bundan sonrakı karyerasını İtaliyada davam etdirəcək.

Arena.az xəbər verir ki, “Milan” 22 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.

Yamayka millisinin üzvü yeni klubunda 2027-ci il iyunun sonuna qədər, bir mövsümlük icarə əsasında çıxış edəcək.

“Milan” Hatçinsonun bir illik icarəsi üçün 4 milyon avro ödəyəcək. Tərəflər arasında müqaviləyə futbolçunun gələn yay 40 milyon avroya birdəfəlik transfer olunmasına imkan verən satınalma şərti də daxil edilib.

Omari Hatçinson “Milan”da 20 nömrəli formanı geyinəcək.

22 yaşlı vinger ötən yay “İpsviç Taun”dan “Nottingem Forest”ə keçib. O, peşəkar karyerasında daha əvvəl “Çelsi”də də çıxış edib. Hatçinson 2023-cü ildə “Arsenal”ın akademiyasından “Çelsi”yə transfer olunmuşdu.

“Milan”da bir ayrılıq da qeydə alınıb. Belə ki, İtaliya klubunun hücumçusu Santyaqo Ximenes “Portu”ya keçib. Portuqaliya təmsilçisi Meksika millisinin 25 yaşlı forvardını satınalma hüququ ilə 1 illik icarəyə götürüb.

Santyaqo Ximenes “Milan”ın heyətində keçirdiyi 37 rəsmi oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: