Futbol üzrə İspaniya La Liqasında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.
“Kadis” – “Levante”, “Malyorka” – “Betis” və “Osasuna” – “Espanyol” matçlarında qalib müəyyənləşməyib.
Kapitanı Serxio Ramosla müqaviləni yeniləməyən Madrid “Real”ı isə “Alaves” səfərinə yollanıb. Paytaxt təmsilçisi bu oyunda darmadağına sevinib.
İspaniya La Liqası
1-ci tur
13 avqust
Valensiya – Xetafe 1:0
Qol: Soler, 11-pen.
14 avqust
Kadis – Levante 1:1
Qol: Espino, 90+7 – Morales, 39.
Malyorka – Betis 1:1
Qol: Olivan, 25 – Xuanmi, 59.
Alaves – Real 1:4
Qol: Xoselu, 65-pen – Benzema, 48; 62. Naço, 56. Vinisius, 90+2.
Osasuna – Espanyol 0:0
15 avqust
19:30 Selta – Atletiko
22:00 Barselona – Real Sosyedad
00:15 Sevilya – Rayo Valyekano
16 avqust
22:00 Vilyarreal – Qranada
00:00 Elçe – Atletik


