“Atletiko” braziliyalı hücumçu aldı – 30 milyon avroya

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Madrid təmsilçisi Almaniyanın “Herta” klubunun hücumçusu Mateus Kunyanı transfer edib.

Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “19” nömrəli formanı geyinəcək.

“Atletiko” Braziliya yığmasının da üzvü olan futbolçu üçün Almaniya klubuna 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, Mateus Kunya 2020-ci ili yayında “Leypsiq”dən “Herta”ya transfer olunmuşdu. Braziliyalı futbolçu daha öncə “Sion”da da forma geyinib. O, ölkəsinin U-23 yığmasına da dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: