“Milan” Pyetro Pelleqrini də heyətinə qatdı

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Monako”dan Pyetro Pelleqrini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Pelleqri 2021/22 mövsümünü icarə əsasında “Milan”da keçirəcək.

İtaliyalı futbolçu yeni komandasında 64 nömrəli formada çıxış edəcək.

Pelleqri 2018-ci ildən “Monako”dadır. 20 yaşlı hücumçu İtaliya yığmasına da dəvət alır. O, daha öncə İtaliyada yetirməsi olduğu “Cenoa”nın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: