Türkiyənin “Başakşəhər” klubu sol cinah müdafiəçisi Aziz Behiç ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
2019-cu ildən bu klubun uğurları üçün çalışan Avstraliya yığmasının üzvünə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
30 yaşlı müdafiəçinin yeni iş yeri də məlumdur. O, Super Liqanın digər təmsilçisi “Giresunspor”a transfer olunub. Bu barədə onun yeni klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Aziz Behiç Avstraliya yığmasında keçirdiyi 40 oyunda 2 qola da imza atıb. O, daha öncə PSV, “Melburn Hart”, “Bursaspor”, “Hum Siti”, “Melburn Viktoriya” və “Qrin Qalli” klublarının da fromasını geyinib.


