Türkiyə Super Liqasında 2 oyuna 10 qol

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Yeni Malatyaspor” “Fatih Karagümrük”ü, “Altay” isə “Göztəpə”ni qəbul edib.

Malatyadakı qarşılaşmada qapılara 7 qol vurulub. Bu oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb. İzmir derbisində isə “Altay” qələbə qazanan tərəf olub.

Türkiyə Super Liqasında 5-ci turun qalan görüşləri şənbə və bazar günləri keçiriləcək.

Türkiyə Super Liqası
5-ci tur
17 sentyabr

Yeni Malatyaspor – Fatih Karagümrük 3:4
Qol: Tetteh, 18. Eskihellaç, 24. Şuyar, 40 – Bertolaççi, 30; 88. Peşiç, 44; 76.

Altay – Göztəpə 2:1
Qol: Kappel, 71. Payşao, 90+3 – S.Aydoğdu, 26-pen.

18 sentyabr

14:30. Sivasspor – Qaziantep
17:00. Kasımpaşa – Trabzonspor
20:00. Antalyaspor – Beşiktaş
20:00. Adana Dəmirspor – Rizəspor

19 sentyabr

14:30. Girəsunspor – Konyaspor
17:00. Qalatasaray – Alanyaspor
20:00. Başakşəhər – Fənərbaxça
20:00. Hatayspor – Kayserispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: