“Beşiktaş” 3 qolluq üstünlüyü əldən verdi

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Antalyaspor”u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. “Altay” isə “Rizəspor” səfərindən qələbə ilə dönüb. “Sivasspor” da “Yeni Malatyaspor”u səfərdə minimal hesabla üstələyib.

Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Adana Dəmirspor” olub. İstanbul təmsilçisi 3:0 öndə olduğu bu qarşılaşmanın son yarım saatında buraxdığı qollar nəticəsində 1 xalla kifayətlənib.

Türkiyə Super Liqası
6-cı tur
21 sentyabr

Fatih Karagümrük – Antalyaspor 0:0

Rizəspor – Altay 1:2
Qol: Bolazi, 90+1 – Byorkander, 44. Bamba, 73.

Beşiktaş – Adana Dəmirspor 3:3
Qol: Montero, 20. Jozef, 43. R.Yılmaz, 52 – Varqas, 60. Balotelli, 79. Assombalonqa, 90+7.

Yeni Malatyaspor – Sivasspor 0:1
Qol: Qoutas, 70.

22 sentyabr

18:00. Qaziantep – Başakşəhər
21:00. Kayserispor – Qalatasaray
21:00. Göztəpə – Hatayspor

23 sentyabr

18:00. Konyaspor – Trabzonspor
21:00. Alanyaspor – Kasımpaşa
21:00. Fənərbaxça – Giresunspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: