Azərbaycan millisi Monteneqro ilə də bacarmadı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2023) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Monteneqro millisi ilə qarşılaşıb.

Podqoritsa şəhərindəki təlim-məşq mərkəzində təşkil olunan bu oyun da millimiz üçün uğursuz alınıb. Komandamız bu dəfə meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

Xatırladaq ki, yığmamız daha öncə Rusiyaya da səfərdə oxşar hesabla uduzmuşdu. Danimarka ilə doğma meydanda baş tutan görüş isə faciəvi hesabla başa çatmışdı – 0:8.

Ardıcıl üç məğlubiyyətdən sonra Azərbaycan millisi yer aldığı E qrupunda 0 xalla sonuncu pillədə qərarlaşıb. Komandamız növbəti matçını oktyabrın 26-da doğma meydanda Maltaya qarşı keçirəcək.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
21 oktyabr

Monteneqro – Azərbaycan 2:0
Qol: Sladyana Bulatoviç, 5. Andela Toşkoviç, 83.
Baş hakim: Kristina Georgieva (Bolqarıstan).

Monteneqro: 12. Anastasiya Krstoviç (22. İnes Obradoviç, 54), 2. Miliça Radunoviç, 3. Aleksandra Popoviç, 4. Maya Şaranoviç, 8. Andela Toşkoviç, 9. Nadya Stanoviç (20. Nada Durdevaç, 79), 7. Sladyana Bulatoviç (k), 10. Yelena Karliçiç, 11. Armisa Kuç (21. İvana Boriçiç, 89), 15. Helena Boziç, 17. Dariya Cukiç.
Ehtiyat oyunçular: 1. Nikolina Perunoviç, 5. Mariya Maraş, 6. Anastasiya Buliç, 13. Svetlana Beçiç, 14. Yelena Sariç, 16. Mayda Dreşeviç, 18. Nikolina Cakoviç, 19. Tanya Malesiya, 23. Enida Boşnyak.
Baş məşqçi: Mirko Mariç.

Azərbaycan: 1. Şərifova Aytac, 2. Məmmədova Diana (14. Əliyeva Coşqunə, 81), 3. Məhsimova Jalə, 4. Mirzəliyeva Nigar, 5. Əhmədova Ayşən, 6. Koyun Bilge Su (10. Bakarandze Kristina, 46), 7. Mollayeva Manə (20. Bozdag Peritan, 46), 11. Seyfəddinova Vüsalə, 15. Məmmədova Kamilla (16. Parlak Nazlıcan, 29), 18. Dorofeyeva Alina (23. Acar Yeliz, 90+3), 21. Əliyeva Aysun (k).
Ehtiyat oyunçular: 12. İsmayılova Günay, 22. Əliyeva Nərgiz, 8. Teymurova Firəngiz, 9. Gözükara Mislina, 17. Hacıyeva Vüsalə, 19. Rəhimova Sona.
Baş məşqçi: Siyasət Əsgərov.

Xal durumu: Danimarka – 6, Rusiya – 6, Monteneqro – 6, Bosniya və Herseqovina – 1, Malta – 1, Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: