“Vilyarreal” evdə, “Atletik” səfərdə xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 11-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Alaves” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib və minimal hesabla üstün olub. “Atletik” “Espanyol”la səfər oyunundan heç-heçə ilə ayrılıb.

“Vilyarreal” isə 6 qolun qeydə alındığı “Kadis”lə ev oyununda məğlubiyyətdən son anda qurtulub.

İspaniya La Liqası
10-cu tur
26 oktyabr

Alaves – Elçe 1:0
Qol: Ndiaye, 47.

Espanyol – Atletik 1:1
Qol: De Tomas, 33-pen – Uilyams, 52.

Vilyarreal – Kadis 3:3
Qol: P.Torres, 43. Dia, 80. Danjuma, 90+6 – Lozano, 14; 45+1; 52.

27 oktyabr

21:00 Malyorka – Sevilya
21:00 Rayo Valyekano – Barselona
22:00 Betis – Valensiya
23:30 Real – Osasuna

28 oktyabr

21:00 Selta – Real Sosyedad
22:00 Qranada – Xetafe
23:30 Levante – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: