Super Liqada meydan sahiblərindən inamlı qələbə

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qaziantep” doğma meydanda “Kasımpaşa”yla, “Rizəspor” isə “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Türkiyə Super Liqası
12-ci tur
5 noyabr

Qaziantep – Kasımpaşa 2:0
Qol: Fiqeyredo, 37. Koker, 86.

Rizəspor – Alanyaspor 2:0
Qol: S.Ay, 11. Djokoviç, 70.

6 noyabr

14:30. Sivasspor – Girəsunspor
17:00. Yeni Malatyaspor – Başakşəhər
17:00. Antalyaspor – Altay
20:00. Beşiktaş – Trabzonspor

7 noyabr

14:30. Göztəpə – Konyaspor
17:00. Fatih Karagümrük – Qalatasaray
17:00. Adana Dəmirspor – Hatayspor
20:00. Fənərbaxça – Kayserispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: