Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
“Sivasspor” – “Girəsunspor” matçında qapılara qol vurulmayıb. “Antalyaspor” “Altay”ı minimal hesabla üstələyib.
Ardıcıl üç oyundur qələbə qazanan “Başakşəhər” bu turda “Yeni Malatyaspor”un qonağı olub. Emre Belözoğlunun çalışdırdığı İstanbul təmsilçisi bu görüşdən də 3 xalla ayrılıb.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Trabzonspor” son çempion “Beşiktaş”ın qonağı olub. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər.
Türkiyə Super Liqası
12-ci tur
5 noyabr
Qaziantep – Kasımpaşa 2:0
Qol: Fiqeyredo, 37. Koker, 86.
Rizəspor – Alanyaspor 2:0
Qol: S.Ay, 11. Djokoviç, 70.
6 noyabr
Sivasspor – Girəsunspor 0:0
Yeni Malatyaspor – Başakşəhər 1:3
Qol: K.Kanatsızkuş, 90+2 – T.Cigerçi, 39. Vişça, 59. Okaka, 61.
Antalyaspor – Altay 1:0
Qol: Mukayru, 49.
Beşiktaş – Trabzonspor 1:2
Qol: Larin, 62 – A.Ömür, 45+4. Kornelius, 90+6.
7 noyabr
14:30. Göztəpə – Konyaspor
17:00. Fatih Karagümrük – Qalatasaray
17:00. Adana Dəmirspor – Hatayspor
20:00. Fənərbaxça – Kayserispor


