“Atletiko” da qələbəni son anda əldən verdi

Futbol üzrə İspaniya La Liqasında 13-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Vilyarreal” “Xetafe”ni məğlub yola salıb.

Lider “Real Sosyedad” səfərdə “Osasuna”ya, “Sevilya” isə “Betis”ə qalib gəlib.

Dörd qolun qeydə alındığı “Malyorka” – “Elçe” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşündə son çempion “Atletiko” səfərdə “Valensiya”nın qonağı olub. Madrid təmsilçisi 6 qolluq bu oyunun son dəqiqələrində buraxdığı toplar sayəsində qələbəni əldən verib.

İspaniya La Liqası
13-cü tur
5 noyabr

Atletik – Kadis 0:1
Qol: S.Sançes, 6.

6 noyabr

Espanyol – Qranada 2:0
Qol: Pedrosa, 30. De Tomas, 42.

Selta – Barselona 3:3
Qol: Aspas, 52; 90+6. Nolito, 74 – Fati, 5. Buskets, 18. Depay, 34.

Alaves – Levante 2:1
Qol: Xoselu, 77-pen; 90+1 – De Frutos, 13.

Real – Rayo Valyekano 2:1
Qol: Kroos, 14. Benzema, 38 – Falkao, 77.

7 noyabr

Vilyarreal – Xetafe 1:0
Qol: Triqeros, 10.

Valensiya – Atletiko 3:3
Qol: Saviç, 50-öz qapısına. Duro, 90+2; 90+6 – L.Suares, 35. Qrizmann, 58. Vrsalko, 62.

Malyorka – Elçe 2:2
Qol: Sevilya, 72-pen. Maffeo, 90+5 – Boye, 68; 75.

Osasuna – Real Sosyedad 0:2
Qol: Merino, 72. Yanuzay, 82-pen.

Betis – Sevilya 0:2
Qol: Akuna, 55. Belyerin, 81-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: