Luka Qotti “Udineze”dən qovuldu

İtaliyanın “Udineze” komandasının baş məşqçisi Luka Qotti istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssis komandanın cari mövsümdəki uğursuz çıxışına görə qovulub. Belə ki, “Udineze” bu mövsüm A Seriyasında keçirdiyi 16 oyunda 16 xal toplayıb və 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Luka Qotti 2019-cu ilin noyabrından “Udineze”yə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 87 matça çıxarıb. Komanda bu görüşlərdə 25 qələbə qazanıb, 25 heç-heçə edib, 37 dəfə məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: