“Borussiya” səfərdən xalsız döndü

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

Mönhenqladbax “Borussiya”sı “Hoffenhaym”la səfər oyunundan heç-heçə ilə ayrılıb. “Qroyter” – “Auqsburq” matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb.

“Union Berlin” səfərdə “Bohum”u minimal hesabla üstələyib. “Ayntraxt” isə “Maynts”ı məğlub yola salıb.

Dortmund “Borussiya”sı bu turda Berlində “Herta”nın qonağı olub və məğlubiyyətlə üzləşib. “Leyptsiq” də “Arminiya” ilə ev oyununda xalsız qalıb.

Tura “Köln” – “Ştutqart” matçıyla yekun vurulacaq.

Almaniya Bundesliqası
17-ci tur
17 dekabr

Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.

18 dekabr

Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.

Bohum – Union Berlin 0:1
Qol: Kruse, 16.

Qroyter – Auqsburq 0:0

Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.

Herta – Borussiya (Dortmund) 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.

19 dekabr

18:30. Frayburq – Bayer
20:30. Köln – Ştutqart

Xəbəri sosial şəbəkələrdə paylaş: