“Barselona”dan “Sevilya” ilə heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 4-cü turdan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Əvvəlcə “Vilyarreal” doğma meydanda “Alaves”lə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Günün digər matçı “Sevilya” ilə “Barselona” arasında keçirilib. Tərəflər bu oyunan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

İspaniya La Liqası
4-cü turun oyunları
21 dekabr

Vilyarreal – Alaves 5:2
Qol: Moreno, 18; 88. Dia, 27; 76. Pino, 79 – Pons, 44. Xoselu, 65.

Sevilya – Barselona 1:1
Qol: B.Peres, 32 – Arauxo, 45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: