“Alanyaspor” özünə yeni baş məşqçi tapdı

Türkiyənin “Alanyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Françesko Farioli çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir neçə gün öncə “Fatih Karagümrük”lə yollarını ayıran italiyalı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. O, Alanya təmsilçisinin baş məşqçisi postunda “Bakı”nın sabiq çalışdırıcısı Bülənt Qorxmazı əvəz edib.

Farioli “Alanyaspor” üçün tanış simadır. Belə ki, 32 yaşlı mütəxəssis 2020/21 mövsümündə bu komandada köməkçi-məşqçi kimi fəaliyyət göstərib. 2021-ci ilin martında isə o, Alanya klubundan ayrılmış və “Fatih Karagümrük”də baş məşqçi təyin olunmuşdu.

Alanya təmsilçisi bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 19 oyunda 28 xal toplayıb və 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: