İspaniyanın “Atletiko” klubu hücumçusu Anxel Korrea ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər uzadılıb.
Anxel Korrea 2014-cü ildən “Atletiko”da çıxış edir. O, bu mövsüm 25 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Korrea “Atletiko”da bütövlükdə 305 oyuna 53 qol və 52 məhsuldar ötürmə müəllifi olub. Argentinalı vinger daha öncə ölkəsində “San Lorenso”da çıxış edib. Ölkəsinin yığmasında 18 oyuna çıxan futbolçu 3 qolla yadda qalıb.


