İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Şotlandiyanın “Reyncers” klubundan Natan Pattersonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. O, “Everton”da 3 nömrəli formanı geyinəcək.
Natan Patterson “Reyncers”in öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Sağ cinah müdafiəçisi bu komandada 26 oyuna çıxıb, 2 qol vurub. Gənc futbolçu ötən ildən Şotlandiya yığmasına da dəvət alır. O, əsas millidə meydana çıxdığı 6 matçda 1 qol da vurub.


