“Borussiya”dan səfərdə əzmkar qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Dörd qolun qeydə alındığı “Bayer” – “Union Berlin” və “Frayburq” – “Arminiya” matçlarında qalib müəyyənləşməyib. “Qroyter” – “Ştutqart” görüşü də heç-heçə bitib.

“Leypsiq” doğma meydanda “Maynts”ı böyük hesabla məğlub edib. “Hoffenhaym” da “Auqsburq”u məğlub yola salıb.

Dortmund “Borussiya”sı isə çətin “Ayntraxt” (Frankfurt) səfərindən əzmkar qələbə ilə dönüb.

Almaniya Bundesliqası
18-ci tur
7 yanvar

Bayern – Borussiya (Mönhenqladbax) 1:2
Qol: Levandovski, 18 – Noyhaus, 27. Layner, 31.

8 yanvar

Bayer – Union Berlin 2:2
Qol: Şik, 38. Ta, 84 – Promel, 45; 50.

Qroyter – Ştutqart 0:0

Leypsiq – Maynts 4:1
Qol: A.Silva, 21-pen; 61. Soboslai, 47. Nkunku, 58 – Li, 57.

Frayburq – Arminiya 2:2
Qol: Haberer, 6. Yonq, 46 – Okuqava, 60. Lasme, 87.

Hoffenhaym – Auqsburq 3:1
Qol: Bebu, 38; 44. Raum, 90+3 – Qreqoritş, 5.

Ayntraxt – Borussiya (Dortmund) 2:3
Qol: Borre, 15; 24 – Hazard, 71. Bellingem, 87. Dahud, 89.

9 yanvar

18:30. Herta – Köln
20:30. Bohum – Volfsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: