“Sevilya” Valensiya səfərindən 1 xalla döndü

Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Sevilya” bu turda çətin “Valensiya” səfərinə yollanıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Selta” isə “Osasuna”nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların superkubok matçına görə daha əvvəl baş tutub.

İspaniya La Liqası
21-ci tur
16 yanvar

Elçe – Vilyarreal 1:0
Qol: Boye, 78.

18 yanvar

Betis – Alaves 4:0
Qol: B.İqlesias, 11; 41. Kanales, 29. Xuanmi, 54.

Kadis – Espanyol 2:2
Qol: Neqredo, 55. Alexo, 90+1 – Morlanes, 10. De Tomas, 90+6.

19 yanvar

Selta – Osasuna 2:0
Qol: Mallo, 29. Mina, 38.

Valensiya – Sevilya 1:1
Qol: Qedeş, 44 – Diakabi, 7-öz qapısına.

20 yanvar

22:00 Xetafe – Qranada

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: