“Ayntraxt” autsayderə doğma meydanda uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Frankfurt “Ayntraxt”ı doğma meydanda autsayderlər sırasında yer alan “Arminiya”nı qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

“Bayer” bu turda “Auqsburq”u sınağa çəkəcək, Dortmund “Borussiya”sı isə səfərdə “Hoffenhaym”ın qonağı olacaq.

Turun son matçında lider “Bayern” Berlində “Herta”nın müqavimətini qırmağa çalışacaq.

Almaniya Bundesliqası
20-ci tur
21 yanvar

Ayntraxt – Arminiya 0:2
Qol: Vimmer, 5. Şöpf, 27.

22 yanvar

18:30. Bayer – Auqsburq
18:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
18:30. Qroyter – Maynts
18:30. Frayburq – Ştutqart
18:30. Hoffenhaym – Borussiya (Dortmund)
21:30. Bohum – Köln

23 yanvar

18:30. Leypsiq – Volfsburq
20:30. Herta – Bayern

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: