“Leypsiq” inamlı qələbəyə sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Leypsiq” doğma meydanda “Köln”ü qəbul edib. Meydan sahibləri bu oyunda 3 xalı 3 qolla qazanıblar.

Lider “Bayern” bu turda “Bohum”la səfərdə qarşılaşacaq. Dortmund “Borussiya”sı “Union Berlin”lə, “Bayer” isə “Ştutqart”la üz-üzə gələcək.

Almaniya Bundesliqası
22-ci tur
11 fevral

Leypsiq – Köln 3:1
Qol: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.

12 fevral

18:30. Ayntraxt – Volfsburq
18:30. Bohum – Bayern
18:30. Qroyter – Herta
18:30. Borussiya (Mönxenqladbax) – Auqsburq
18:30. Frayburq – Maynts
21:30. Bayer – Ştutqart

13 fevral

18:30. Union Berlin – Borussiya (Dortmund)
20:30. Hoffenhaym – Arminiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: