“Bayern” səfərdən xalsız döndü

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Frayburq” – “Maynts” matçında qalib müəyyənləşməyib. “Ayntraxt” doğma meydanda “Volfsburq”a məğlub olub.

Mönxenqladbax “Borussiya”sı “Auqsburq”u, “Bayer” “Ştutqart”ı, “Qroyter” isə “Herta”nı məğlub yola salıb.

Lider “Bayern” bu turda “Bohum”la səfərdə qarşılaşıb. Altı qolun qeydə alındığı matç Münhen təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Almaniya Bundesliqası
22-ci tur
11 fevral

Leypsiq – Köln 3:1
Qol: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.

12 fevral

Ayntraxt – Volfsburq 0:2
Qol: Kruse, 28-pen. Lukebakio, 90+3.

Bohum – Bayern 4:2
Qol: Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.

Qroyter – Herta 2:1
Qol: Hrqota, 1; 71 – Gexter, 82.

Borussiya (Mönxenqladbax) – Auqsburq 3:2
Qol: Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.

Frayburq – Maynts 1:1
Qol: Petersen, 69 – Hak, 31.

Bayer – Ştutqart 4:2
Qol: Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.

13 fevral

18:30. Union Berlin – Borussiya (Dortmund)
20:30. Hoffenhaym – Arminiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: