Almaniya Bundesliqasında “Borussiya”dan daha bir darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Union Berlin”lə qarşılaşan Dortmund “Borussiya”sı darmadağına sevinib. “Hoffenhaym” isə “Arminiya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası
22-ci tur
11 fevral

Leypsiq – Köln 3:1
Qol: Nkunku, 25. Olmo, 54. Anxelinyo, 57 – Lemperle, 90+1.

12 fevral

Ayntraxt – Volfsburq 0:2
Qol: Kruse, 28-pen. Lukebakio, 90+3.

Bohum – Bayern 4:2
Qol: Adjel, 14. Lokadiya, 38. Qamboa, 40. Holtmann, 44 – Levandovski, 9; 75.

Qroyter – Herta 2:1
Qol: Hrqota, 1; 71 – Gexter, 82.

Borussiya (Mönxenqladbax) – Auqsburq 3:2
Qol: Kone, 30. Hofmann, 46. Bensebaini, 67 – Yaqo, 55. Finnboqason, 90+3.

Frayburq – Maynts 1:1
Qol: Petersen, 69 – Hak, 31.

Bayer – Ştutqart 4:2
Qol: Dyabi, 41. Adli, 52. Virts, 86. Şik, 90 – Tomas, 49; 88.

13 fevral

Union Berlin – Borussiya (Dortmund) 0:3
Qol: Roys, 18; 25. R.Gerreyro, 71.

Hoffenhaym – Arminiya 2:0
Qol: Hubner, 22. Rutter, 51.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: