Futbol üzrə Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda paytaxtın digər təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Zaqreblilər bu oyundan qolsuz ayrılıblar – 0:0.
Mahir bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, “Dinamo”ya bir müddət öncə keçən Emreli hələ Xorvatiya çempionatında debüt etməyib. O, bir neçə gün əvvəl Avropa Liqası çərçivəsində baş tutan İspaniya “Sevilya”sı ilə səfər oyununda (1:3) ilk dəfə Zaqreb təmsilçisinin formasını geyinib.
“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.


