Formula 1: Rusiya qran-prisi ləğv edildi

Formula 1 üzrə dünya çempionatının 2022-ci il mövsümü üzrə Rusiya qran-prisi ləğv olunub. Arena.az xəbər verir ki, bu barədə “Formula 1” şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr aparıb. Müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.

Qeyd edək ki, Rusiya qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi. Lakin iki gün öncə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması bu ölkəyə qarşı müxtəlif sanksiyalara gətirib çıxarıb.

Artıq UEFA da bu gün Çempionlar Liqasının Sankt-Peterburqda keçirilməli olan final matçını Rusiyadan alıb. Bu qarşılaşma mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Xəbəri paylaş: