“Hoffenhaym”dan əzmkar qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Hoffenhaym” və “Ştutqart” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

Çempionluğa əsas namizəd “Bayern” Frankfurtda “Ayntraxt”ın qonağı olacaq.

Münhen klubunun ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı isə “Auqsburq” səfərinə yollanacaq.

Almaniya Bundesliqası
24-cü tur
25 fevral

Hoffenhaym – Ştutqart 2:1
Qol: Baumqartner, 85; 90 – Endo, 58.

26 fevral

18:30. Borussiya (Mönxenqladbax) – Volfsburq
18:30. Bayer – Arminiya
18:30. Frayburq – Herta
18:30. Qroyter – Köln
18:30. Union Berlin – Maynts
21:30. Ayntraxt – Bayern

27 fevral

18:30. Bohum – Leypsiq
20:30. Auqsburq – Borussiya (Dortmund)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: