“Arminiya” “Auqsburq”a evində uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Arminiya” doğma meydanda “Auqsburq”la qarşılaşıb. Qonaqlar bu matçdan minimal hesabla qalib ayrılıblar.

Turun mərkəzi qarşılaşması Münhendə oynanılacaq. Burada lider “Bayern”lə “Bayer” üz-üzə gələcək. Kağız üzərində Münhen klubu favorit hesab olunsa da, Leverkuzen təmsilçisinin ikinci dövrədə yaxşı təsir bağışladığını deyə bilərik. “Əczaçılar” 2022-ci ildə Bundesliqada keçirdiyi 7 oyunun yalnız birində məğlub olub.

Çempionluğa iddialı digər komanda Dortmund “Borussiya”sı “Maynts”ın qonağı olacaq. Avrokuboklarda mübarizəni dayandıran “sarı-qaralar” artıq bütün diqqətini daxili arenaya yönəldə bilər.

Almaniya Bundesliqası
25-ci tur
4 mart

Arminiya – Auqsburq
Qol: Kaligiuri, 50.

5 mart

18:30 Bayern – Bayer
18:30 Bohum – Qroyter
18:30 Volfsburq – Union Berlin
18:30 Herta – Ayntraxt
18:30 Leyptsiq – Frayburq
21:30 Ştutqart – Borussiya (Mönxenqladbax)

6 mart

18:30 Maynts – Borussiya (Dortmund)
20:30 Köln – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: