Futbol üzrə Qazaxıstan millisinin baş məşqçi postunda dəyişiklik edilib. Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, Talqat Baysufinov komandanın baş məşqçi postundan istefaya göndərilib. Onu bu postda Andrey Karpoviç əvəzləyib. Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verilib. Karpoviçin isə qarşıdakı iki matçda bu vəzifəni yerinə yetirəcəyi açıqlanıb. O, yığma komandanı Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq.
Qeyd edək ki, qarşılaşmalar martın 24-də və martın 29-da baş tutacaq. Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyaya C Liqasının 2-ci qrupunda rəqib olacaq.


