Futbol üzrə Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Ayntraxt” Frankfurtda “Bohum”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Dortmund “Borussiya”sı Bundesliqada qalmaq uğrunda mücadilə aparan “Arminiya”nı sınağa çəkib. Dortmundlular bu görüşdə minimal hesabla qalib gəliblər.
“Bayer” isə “Köln”lə münasibətlərinə aydınlıq gətirib. Bu komandaların ilk dövrədəki qarşılaşmasında (2:2) qalib müəyyənləşməmişdi. Bu dəfə isə “Köln” səfərdə minimal hesabla üstün olub.
“Leypsiq” isə səfərdə “Qroyter”lə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matçda qonaqlar meydan sahiblərini biabırçı hesabla məğlub ediblər.
Bu turun “Auqsburq” – “Maynts” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
Almaniya Bundesliqası
26-cı tur
12 mart
Union Berlin – Ştutqart 1:1
Qol: Avoniyi, 41-pen – Kaladziç, 90.
Frayburq – Volfsburq 3:2
Qol: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.
Hoffenhaym – Bayern 1:1
Qol: Baumqartner, 32 – Levandovski, 45+3.
Borussiya (Mönxenqladbax) – Herta 2:0
Qol: Plea, 24-pen. Ginter, 59.
13 mart
Bayer – Köln 0:1
Qol: Şindler, 67.
Ayntraxt – Bohum 2:1
Qol: Masoviç, 46-öz qapısına. Kamada, 52 – Polter, 19.
Borussiya (Dortmund) – Arminiya 1:0
Qol: Volf, 21.
Qroyter – Leypsiq 1:6
Qol: Levelinq, 4 – A.Silva, 17. Forsberq, 32. Laymer, 35. Henrixs, 45. Simakan, 59. Nkunku, 69.


