Formula 1 üzrə dünya çempionatında yeni mövsümə start verildi

Bu gün Formula 1 üzrə 2022-ci il mövsümünə start verilib. Arena.az xəbər verir ki, dünya çempionatının ilk mərhələsi Bəhreyndə baş tutub.

Saxir avtodromunda keçirilən ilk qran-pri “Ferrari”nin pilotu Şarl Leklerin qələbəsiylə yekunlaşıb. Monakolu pilot 57 dövrəlik yarışda 1:37:33.584 göstərici ilə birinci olub.

Leklerin komanda yoldaşı Karlos Sayns da ikinci yeri tutub. İlk “üçlüy”ü “Mersedes”in britaniyalı pilotu Luis Hamilton qapayıb.

İlk turdan sonra Şarl Lekler 26 xalla birinci, Karlos Sayns 18 xalla ikinci, Luis Hamilton 15 xalla üçüncüdür.

Konstruktorların mübarizəsində “Ferrari” 44 xalla birincidir. “Mersedes” 27 xalla ikinci, “Haas Ferrari” 10 xalla üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Səudiyyə Ərəbistanında keçiriləcək. Sözügedən yarış martın 27-də baş tutacaq.

Pilotların yarışında yekun turnir cədvəli:

  1. Şarl Lekler (Ferrari) – 26
  2. Karlos Sayns (Ferrari) – 18
  3. Luis Hamilton (Mersedes) – 10
  4. Corc Rassell (Mersedes) – 12
  5. Kevin Maqnussen (Haas) – 10
  6. Valtteri Bottas (Alfa Romeo) – 8
  7. Esteban Okon (Alpine-Reno) – 6
  8. Yuki Tsunoda (Alfa Tauri) – 4
  9. Fernando Alonso (Alpine-Reno) – 2
  10. Jou Quanyu (Alfa Romeo) – 1
  11. Mik Şumaxer (Haas) – 0
  12. Lens Stroll (Aston Martin) – 0
  13. Aleksander Albon (Uilyams) – 0
  14. Daniel Rikardo (Maklaren) – 0
  15. Lando Norris (Maklaren) – 0
  16. Nikolas Latifi (Uilyams) – 0
  17. Niko Hulkenberq (Aston Martin) – 0
  18. Serxio Peres (Red Bull) – 0
  19. Maks Ferstappen (Red Bull) – 0
  20. Pyer Qasli (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

  1. Ferrari – 44
  2. Mersedes – 27
  3. Haas – 10
  4. Alfa Romeo – 9
  5. Alpine-Reno – 8
  6. Alfa Tauri – 4
  7. Aston Martin – 0
  8. Uilyams – 0
  9. Maklaren – 0
  10. Red Bull – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: