“Union Berlin” “Köln”ə tək qolla qalib gəldi

Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında avrokubok zonasına düşməyə çalışan “Union Berlin” və “Köln” kollektivləri üz-üzə gəliblər. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Martda keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanan “Bayern” “Frayburq”un qonağı olacaq. Son illərdə Münhen təmsilçisi bu rəqiblə qarşılaşmalarda ciddi müqavimətlə üzləşmir.

Turun mərkəzi oyunu Dortmundda olacaq. Burada yerli “Borussiya” “Leypsiq”i sınağa çəkəcək.

Almaniya Bundesliqası
28-ci tur
1 aprel

Union Berlin – Köln 1:0
Qol: Avoniyi, 49.

2 aprel

17:30. Ayntraxt – Qroyter
17:30. Arminiya – Ştutqart
17:30. Bayer – Herta
17:30. Frayburq – Bayern
17:30. Hoffenhaym – Bohum
20:30. Borussiya (Dortmund) – Leypsiq

3 aprel

17:30. Auqsburq – Volfsburq
19:30. Borussiya (Mönxenqladbax) – Maynts

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: