Bundesliqa: Təxirə salınmış oyunda “Auqsburq” qalib gəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 26-cı turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçı “Auqsburq”la “Maynts” arasında baş tutub.

Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

Bu nəticədən sonra “Maynts” 38 xalla 10-cu, “Auqsburq” isə 32 xalla 13-cü pillədə qərarlaşıb.

Almaniya Bundesliqası
26-cı turun oyunu
6 aprel

Auqsburq – Maynts 2:1
Qol: Qaueleu, 11-pen. Varqas, 56 – Vidmer, 54.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: