DÇ-2023: Azərbaycan millisi Sarayevodan xalsız dönür

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının (DÇ-2023) seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, komandamız Sarayevoda Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

“Qrbaviça” stadionunda baş tutan qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edib. Oyun millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan futbolçuları 90+4-cü dəqiqədə buraxdıqları qol ucbatından səfərdən xalsız qayıtmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv bundan əvvəlki altı oyunun beşindən məğlub ayrılmışdı. Azərbaycan millisi Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu. Komandamız yalnız Monteneqro ilə ev oyunundan qalib ayrılıb – 1:0.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
7 aprel

Bosniya və Herseqovina – Azərbaycan 1:0
Qol: Milena Nikoliç, 90+4.
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. “Qrbaviça” stadionu.

Bosniya və Herseqovina: 1. Envera Hasanbegoviç, 5. Melisa Hasanbegoviç (k), 6. Dula Velagiç (9. Milena Nikoliç, 46), 7. Dayana Spasoyeviç, 8. Mariya Milinkoviç, 10. Selma Kapetanoviç, 11. Meryama Mediç (23. Zerina Piskiç, 71), 13. Yelena Koprena (18. Alma Krayniç, 46), 16. Sofiya Krayşumoviç (20. Ena Şabanagiç, 71), 17. Amela Krşo, 21. Qloriya Slişkoviç.
Ehtiyat oyunçular: 12. Almina Hodziç, 22. İndira Fakoviç, 2. Alma Kameriç, 4. Ana Boyaniç, 14. Minela Qaçanica, 15. Nikolina Vuyadin, 19. Ena Taslidza.
Baş məşqçi: Samira Huren.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (19. Sona Rəhimova, 89), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva, 16. Nazlican Parlak, 20. Peritan Bozdağ (3. Jalə Məhsimova, 89), 21. Aysun Əliyeva, 23. Acar Yeliz (18. Alina Dorofeyeva, 69).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Bilge Su Koyun, 8. Mislina Gözükara, 11. Vüsalə Seyfəddinova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 17. Vüsalə Hacıyeva.
Baş məşqçi: Siyasət Əsgərov.

Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: