Bundesliqa: “Borussiya”dan inamlı qələbə

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 29-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Ştutqart” evdə Dortmund “Borussiya”sının müqavimətini qırmağa çalışıb. Amma qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Lider “Bayern” isə bu turda “Auqsburq”u qəbul edəcək.

Almaniya Bundesliqası
29-cu tur

8 aprel

Ştutqart – Borussiya (Dortmund) 0:2
Qol: Brandt, 12; 71.

9 aprel

17:30. Bayern – Auqsburq
17:30. Volfsburq – Arminiya
17:30. Qroyter – Borussiya (Mönxenqladbax)
17:30. Köln – Maynts
20:30. Herta – Union Berlin

10 aprel

17:30. Bohum – Bayer
19:30. Ayntraxt – Frayburq
21:30. Leypsiq – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: