Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 30-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Maynts” – “Ştutqart” matçında qapılara qol vurulmayıb. “Auqsburq” evdə “Herta”ya, Mönxenqladbax “Borussiya”sı isə “Köln”ə məğlub olub.
Dortmund “Borussiya”sı bu turda “Volfsburq”u qonaq edib. Meydan sahibləri bu görüşdə darmadağına imza atıblar. “Frayburq” da “Bohum”la ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb.
UEFA Çempionlar Liqasında “Vilyarreal”a uduzmaqla mübarizəni dayandıran “Bayern” səfərdə “Arminiya” ilə qarşılaşacaq.
Almaniya Bundesliqası
30-cu tur
16 aprel
Auqsburq – Herta 0:1
Qol: S.Sərdar, 49.
Borussiya (Dortmund) – Volfsburq 6:1
Qol: Rote, 24. Vitsel, 26. Akanji, 28. Ə.Can, 35. Haland, 38; 54 – Baku, 81.
Maynts – Ştutqart 0:0
Frayburq – Bohum 3:0
Qol: Kubler, 5. Sallai, 16; 53.
Borussiya (Mönxenqladbax) – Köln 1:3
Qol: Embolo, 85 – Modeste, 5. Kaynts, 20. Lyubiçiç, 34.
17 aprel
17:30. Arminiya – Bayern
19:30. Union Berlin – Ayntraxt
19:30. Hoffenhaym – Qroyter
21:30. Bayer – Leypsiq


