Bundesliqa: “Bayern” 3 xalı 3 cavabsız qolla qazandı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 30-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Hoffenhaym” – “Qroyter” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Union Berlin” – “Ayntraxt” matçında meydan sahibləri qələbə qazanıblar. “Bayer” isə evdə “Leypsiq”ə minimal hesabla uduzub.

Çempionlar Liqasında “Vilyarreal”a uduzmaqla mübarizəni dayandıran “Bayern” bu tur səfərdə “Arminiya” ilə qarşılaşıb. Münhen təmsilçisi bu oyunda darmadağına sevinib.

Almaniya Bundesliqası
30-cu tur

16 aprel

Auqsburq – Herta 0:1
Qol: S.Sərdar, 49.

Borussiya (Dortmund) – Volfsburq 6:1
Qol: Rote, 24. Vitsel, 26. Akanji, 28. Ə.Can, 35. Haland, 38; 54 – Baku, 81.

Maynts – Ştutqart 0:0

Frayburq – Bohum 3:0
Qol: Kubler, 5. Sallai, 16; 53.

Borussiya (Mönxenqladbax) – Köln 1:3
Qol: Embolo, 85 – Modeste, 5. Kaynts, 20. Lyubiçiç, 34.

17 aprel

Arminiya – Bayern 0:3
Qol: Laursen, 10-öz qapısına. Qnabri, 45+7. Musiala, 85.

Union Berlin – Ayntraxt 2:1
Qol: Avoniyi, 17. Promel, 21.

Hoffenhaym – Qroyter 0:0

Bayer – Leypsiq 0:1
Qol: Soboslai, 69.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: