İspaniyanın “Qranada” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Aytor Karanka çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Karankadan öncə “Qranada”nı baş məşqçi vəzifəsini icra edən Ruben Torresilya çalışdırırdı. O, bu ilin 6 martından komandaya rəhbərlik edirdi. Lakin son oyunlardakı uğursuzluqlardan sonra Torresilya postunda qalmaq istəməyib. Belə ki, “Qranada” son iki matçda “Levante”yə 1:4, “Sevilya”ya 2:4 hesabı ilə uduzub. Karankanın yeni komandası 32 oyuna topladığı 29 xalla turnir cədvəlində 17-ci pillədədir.
Aytor Karankanın son iş yeri ötən il ayrıldığı İngiltərənin “Birmingem” klubu olub. O, 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi kimi çalışıb. İspaniyalı 48 yaşlı mütəxəssis daha öncə “Nottingem Forest”, “Midlsbro” kimi komandalara da rəhbərlik edib.


