Bundesliqa: “Bayern”dən “Ştutqart”la heç-heçə

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 33-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Çempionluğu təmin edən “Bayern” bu turda “Ştutqart”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Mönxenqladbax “Borussiya”sı da “Ayntraxt”la səfər oyunundan heç-heçə ilə ayrılıb. “Leypsiq” isə doğma meydanda “Auqsburq”u 4 cavabsız qolla məğlub edib.

Almaniya Bundesliqası
33-cü tur

6 may

Bohum – Arminiya 2:1
Qol: Polter, 22. Bello, 89-öz qapısına – Nilsson, 35.

7 may

Qroyter – Borussiya (Dortmund) 1:3
Qol: Nqankam, 70 – Brandt, 26; 72. Passlak, 77.

Köln – Volfsburq 0:1
Qol: Gerhardt, 43.

Frayburq – Union Berlin 1:4
Qol: Holer, 59 – Promel, 11. Trimmel, 30. Bekker, 41. Şafer, 90.

Hoffenhaym – Bayer 2:4
Qol: Rutter, 22. Baumqartner, 36 – Şik, 34; 76. Diabi, 73. Alario, 90+1.

Herta – Maynts 1:2
Qol: Selke, 45+5 – Vidmer, 25. Bell, 81.

8 may

Ayntraxt – Borussiya (Mönxenqladbax) 1:1
Qol: Pasiensiya, 66 – Plea, 4.

Bayern – Ştutqart 2:2
Qol: Qnabri, 35. Müller, 44 – Tomas, 8. Kalaydziç, 52.

Leypsiq – Auqsburq 4:0
Qol: A.Silva, 40. Nkunku, 48; 57. Forsberq, 64.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: