“Kayserispor” Hikmət Karamanla yollarını ayırdı

Türkiyənin “Kayserispor” klubu baş məşqçi Hikmət Karamanla yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

Hikmət Karaman 2021-ci ildən komandaya rəhbərlik edirdi. O, daha öncə 2004-2005-ci və 2018-2019-cu illərdə də bu komandanın baş məşqçisi olub.

Xatırladaq ki, “Kayserispor” geridə qalan mövsümü 47 xalla 14-cü pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: