“Aston Villa” Dieqo Karlosu transfer etdi – 31 milyon avroya

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Sevilya” komandasının müdafiəçisi Dieqo Karlosu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı braziliyalı İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb. “Aston Villa” klubunun futbolçu üçün qarşı tərəfə 31 milyon avro ödədiyi bildirilir.

Dieqo Karlos 2019-cu ilin iyulundan “Sevilya”da çıxış edirdi. O, 2021/22 mövsümündə 45 matçda 3 qol vurub. Mərkəz müdafiəçisi İspaniya klubunda keçirdiyi üç mövsüm ərzində bütövlükdə 136 matça çıxıb, 6 qola imza atıb.

Braziliyalı futbolçu daha öncə “Nant”, “Portu”, “Eştoril”, “Desportivo Brazil”, “San Paulo”, “Paulista” və “Madureyra”da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: