Luka Modriç daha bir il “Real”da!

İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Luka Modriç ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Xatırladaq ki, Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvatiyalı oyunçu geridə qalan mövsümdə paytaxt təmsilçisində 45 oyuna 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 36 yaşlı futbolçu bu komandanın heyətində bütövlükdə 436 matç keçirib və 31 qol vurub.

Xorvatiya yığmasında 150 oyuna 21 qol vurmuş Modriç, “Real”dan öncə “Dinamo” (Zaqreb), “Zrinski” (Mostar), “İnter” (Zapreşiç) və “Tottenhem”də də oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: