Luk de Yonq “Barselona”dan ayrıldı, PSV ilə anlaşdı

Geridə qalan mövsüm icarə əsasında İspaniyanın “Barselona” klubunda keçirən Luk de Yonq müqavilə ilə məxsus olduğu “Sevilya”ya qayıtmayıb. Arena.az xəbər verir ki, 31 yaşlı hücumçu sabiq klubu PSV ilə anlaşıb.

Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. Artıq Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı futbolçu ilə 3 illik rəsmi müqavilə imzalanıb. PSV ilə “Sevilya” arasındakı razılığın şərtləri barədə məlumat verilməyib.

Xatırladaq ki, Luk de Yonq 2014-2019-cu illər aralığında da PSV-nin formasını geyinib. O, 2019-cu ildə məhz bu klubdan “Sevilya”ya transfer olunmuşdu. La Liqa təmsilçisindəki ilk iki mövsümündə 94 oyuna 19 qol vurmuş futbolçu, ötən yay “Barselona” tərəfindən icarəyə götürülmüşdü. Kataloniya təmsilçisində cəmi 29 oyuna çıxan təcrübəli futbolçu 7 qolla yadda qalıb. O, daha öncə “Nyukasl”, “Borussiya” (Mönhenqladbax), “Tvente” və “De Qrafşap” kimi klubların da formasını geyinib. Niderland yığmasında 38 oyun keçirmiş hücumçu, 8 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: