Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 11-ci qran-prisi baş tutub.
Şpilberqdə təşkil olunmuş Avstriya qran-prisi “Ferrari”nin pilotu Şarl Leklerin qələbəsiylə yekunlaşıb. Monakolu sürücü 71 dövrəlik yarışda 1:24:24.312-lik göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 3-cü, karyerasında isə 5-ci belə zəfərdir.
Sonuncu dünya çempionu, bu mövsümün lideri, cari mövsümdə 6 qran-prinin qalibi olmuş Maks Ferstappen (“Red Bul”) bu dəfə ikinci olub. “Mercedes”in təcrübəli pilotu, 7 qat dünya çempionu Luis Hamilton isə yenə yarışı 3-cü sırada bitirib.
“Red Bull”dan Serxio Peres (24-cü dövrədə), “Uilyams”dan Nikolas Latifi (48-ci dövrədə) və “Ferrari”dən Karlos Sayns (56-cı dövrədə) yarışla erkən vidalaşmalı olub.
Beləliklə, 11 turdan sonra Maks Ferstappen 208 xalla liderliyini qoruyub. Şarl Lekler 170 xalla 2-ci sıraya yüksəlibsə, Serxio Peres 151 xalla 3-cü sıraya düşüb.
Konstruktorların mübarizəsində də “Red Bull” 359 xalla zirvədə qərarlaşıb. “Ferrari” 303 xalla ikincidir. İlk üçlüyü 237 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Fransada keçiriləcək. Sözügedən yarış iyulun 24-də Le-Kastelledə baş tutacaq.
Turnir cədvəli
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 208
- Şarl Lekler (Ferrari) – 170
- Serxio Peres (Red Bull) – 151
- Karlos Sayns (Ferrari) – 133
- Corc Rassell (Mersedes) – 128
- Luis Hamilton (Mersedes) – 109
- Lando Norris (Maklaren) – 64
- Esteban Okon (Alpine-Reno) – 52
- Valtteri Bottas (Alfa Romeo) – 46
- Fernando Alonso (Alpine-Reno) – 29
- Kevin Maqnussen (Haas) – 22
- Daniel Rikkardo (Maklaren) – 17
- Pyer Qasli (Alfa Tauri) – 16
- Sebastyan Fettel (Aston Martin) – 15
- Mik Şumaxer (Haas) – 12
- Yuki Tsunoda (Alfa Tauri) – 11
- Jou Quanyu (Alfa Romeo) – 5
- Aleksander Albon (Uilyams) – 3
- Lens Stroll (Aston Martin) – 3
- Nikolas Latifi (Uilyams) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 359
- Ferrari – 303
- Mersedes – 237
- Maklaren – 81
- Alpine-Reno – 81
- Alfa Romeo – 51
- Haas – 34
- Alfa Tauri – 27
- Aston Martin – 18
- Uilyams – 3


